Müğənni İlhamə: "Biznesim yoxdur, ailəm maddi dəstək olur"

Müğənni İlhamə: "Biznesim yoxdur, ailəm maddi dəstək olur"
22:05 22 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az  musavat.com-a istinadən bildirir ki, ifaçı bildirib ki, aktrisalıq etmək uşaqlıq arzusu olub:
 
"Mən film həvəskarıyam. Yeni nümayiş olunan bütün filmləri izləyirəm. Çox gözəl film tənqidçisiyəm. "Şər qarışanda" filminin ssenarisini birinci oxuyanlardanam. Mənə dedilər ki, filmdə məktəb direktoru obrazını canlandır, amma kastinqdən keçməlisəm. Məmnuniyyətlə kastinqə qatıldım. Rolumun öhdəsindən gəldiyimi düşünürəm".


- Müğənnilik, yoxsa aktrisalıq çətindir?

- Hərəsinin özünə görə çətinliyi var. Amma müğənnilik daha çətindir. Aktrisalıq fiziki çətinlikdir, isti və ya soyuq havada rolunu canlandırmalısan, döyüş səhnələrinə çəkilməlisən. Mən səhnəyə çıxanda çox həyəcanlanıram, çox dəhşətli haldır. Psixoloji xəstəliyim var, səhnədə ilk 5-6 dəqiqə sözlər yadımdan çıxır. Sənətə dırnaqarası baxanlara qibtə edirəm. Həyəcanlanmağım məsuliyyətli olmağımdan irəli gəlir, tamaşaçılara daha əyləncəli anlar yaşatmaq istəyirəm. Səhnədə olmaq çox çətindir, bir gün canlı ifa edə bilməsəm, 10 ilə qazandığım adı itirə bilərəm.

- Yaradıcılığınızda hansı yeniliklər olacaq?

- Mənim biznes fəaliyyətim yoxdur, ailəm maddi dəstək olur. Yeni iş ərsəyə gətirmək üçün çoxlu pul lazımdır. Xarici ölkələrin birində albom üzərində işləyirəm. Gec-gec, amma keyfiyyətli iş ortaya qoymağa üstünlük verirəm.
 
- Sənət adamları tez-tez gileylənirlər ki, qonaq olduqları verilişdə aparıcılar onları qalmaqala sürükləyir, təhqir edirlər. Bu cür hallarla rastlaşmısınız?


- Hər bir sənətçi aparıcıya, jurnalistə cavab verə biləcək dərəcə savadlı olmalıdır. Mən aciz insan deyiləm ki, proqramda aşağılasınlar. Tək çıxılmaz şey odur ki, çəkilişdən sonra sənin dediklərin montaj olunur, kəsilir. Canlı verilişdə isə problem yoxdur, sənə hörmət etməyənə həddini bildirirsən. Məni heç vaxt qalmaqala çəkməyiblər, heç bir aparıcı üçün maraq doğurmamışam. Mənim heç kimlə qalmaqalım olmayıb.

- Son günlər müğənnilərin vergiyə cəlb olunması halı gündəmdədir. Sizə Vergilər Nazirliyi tərəfindən xəbərdarlıq olunubmu?
 
- Məni də Nazirliyə dəvət etmişdilər. Gedib görüşdüm. Qanun qanundur, hər kəs qanuna tabe olmalıdır. Bizim borcumuzdur ki, qazancımız barədə Vergilər Nazirliyinə xəbər verək. Mənim biznes fəaliyyətim yoxdur, toylara getmirəm. Ona görə vergi ödəyicisi deyiləm. Əvvəllər gəlir vergisi ödəyirdim. Bizim müğənnilər çox pul qazanmadığı üçün vergi faizi də aşağıdır. Müğənnilərimizin vergidən yayınmasına inanmıram.

- Yeni ili harada və kimlə keçirəcəksiniz?

- Yeni ili Oksana Rəsulova ilə xarici ölkələrin birində keçirmək istəyirik. Həyat yoldaşım Yeni ili bayram olaraq qəbul etmir, ona görə evdə oturur. Yeni il sevdiyim bayram olduğu üçün mən dostlarımla qeyd edirəm. İnanıram ki, bayramı necə keçirsən, il də o cür olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/392354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR