Son bir ayda 3.5 min əcnəbinin Fransaya girişi qadağan edilib

Son bir ayda 3.5 min əcnəbinin Fransaya girişi qadağan edilib
23:17 22 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Noyabrın 13-də Parisdə törədilən qanlı terror aktlarından sonra 3.5 min əcnəbinin Fransaya girişinə icazə verilməyib.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Fransanın Daxili İşlər Naziri Bernar Kaznöv bildirib ki, eyni dövr ərzində ölkə daxilində 2898 axtarış tədbiri həyata keçirilib, milli təhlükəsizliyə təhlükə təşkil edən 346 nəfər həbs olunub.
Nazir qeyd edib ki, 130 nəfərin həyatına son qoyan terror aktlarından sonra Fransanın sərhədləri də bağlanıb.
B.Kaznöv əlavə edib ki, Orlean şəhərində iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların polis əməkdaşlarına silahlı hücum hazırladığı müəyyyən edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/son-bir-ayda-3-5-min-ecnebinin-fransaya-girisi-qadagan-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR