Bu yazıdan sonra qatığın suyunu atmayacaqsınız

Bu yazıdan sonra qatığın suyunu atmayacaqsınız
23:52 22 Dekabr 2015
130 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qatığın üzərində yığılmış, lazımsız hesab etdiyimiz və tökdüyümüz qatıq suyunun əslində çox faydası var. B2 vitamini baxımından olduqca zəngin olan qatıq suyu sağlamlıq baxımından çox faydalıdır. Buna görə qatıq suyu yerə tökülməməli, əgər tökülməlidirsə, süzülüb yeməklərə, şorbalara, kekslərə, çörəyə, ya da peçeynələrə qatılmalıdır.

Qatıq suyunun inanılmaz faydaları

Milli.Az lent.az-a istinadən mineral, protein, amin turşuları və digər vitaminlər baxımından da zəngin olan qatıq suyunun faydalarını təqdim edir.

● Yuxarıda da qeyd etdiyimiz kimi, qatıq suyu B2 vitamini baxımından zəngindir. B2 vitamini isə bədənimizin karbohidrat, yağ və proteinlərdən daha çox faydalanmasına yardımçı olur.

● Qatıq suyunun içərisindəki bakteriyalar antikanserogen təsirə malikbdir və bu səbəbdən qatıq suyunu içmək xərçəngdən qorunmağa yardım edir.

● Qatıq suyunun tərkibindəki probiotiklər isə pis xassəli şişlərin yaranmasının qarşısını alır.

● Uşaqlarda inkişaf geriliyinin səbəblərindən olan B2 vitamin əskikliyini qatıq suyu qəbulu ilə əngəlləmək olar. Beləcə, uşaqların həm zehni, həm də fiziki inkişafı eyni formada gerçəkləşir.

● Tərkibindəki kalsium və potasium sayəsində dişlərin və sümüklərin yaranmasına müsbət təsir edir.

● Qatıq suyunun bir digər faydası isə böyrək daşlarının düşürülməsinə yardımçı olmasıdır. Böyrək qumu, ya xırda daş probleminiz varsa, qatıq suyu için. Bu suyun tərkibindəki maddələr böyrək daşlarını əridərək, sidiklə bədəndən atılmasına yardımçı olur.

● Qatıq suyunun dəriyə də faydalı olduğu deyilir. Sızanaqları, ləkələri müalicə edir, dərini qidalandırır. Qatıq suyunu digər bitki mənşəli maskalarınızla birgə istifadə edə bilərsiniz.

● Qatıq suyu həm də uzun müddət tox tutduğu üçün pəhrizlərdə də rahatlıqla istifadə edilə bilər.

● Qatıq suyu tiroid vəzlərin işləməsinə və guatr (qarın boşluğu) probleminin qarşısının alınmasına yardım edir.

● Qatıq suyu qəbulu bədəndəki toksinlərin atılmasına yardım edir.

● Şəkər xəstələrində şəkər səviyyəsini aşağı salır.

● Qəbzliyə qarşı qatıq suyu istifadə edilə bilər. Bunun üçün 1 həftə, ya da 10 gün  boyunca gündə ən az 2 dəfə az miqdarda için. Bağırsaqlardan qaynaqlan həzm probleminin həllinə yol açır.

● Qatıq suyu sinusitə qarşı da istifadə edilə bilər. 1 stəkan günortadan əvvəl, 1 stəkan günortadan sonra təxminən 1 çay stəkanı qatıq suyu içənin üçüncü, dördüncü gündən etibarən burnu axacaq.

● Qatıq suyu A, B12, B2, B6 və D vitamin tərkiblidir.

Diqqət: B2 vitamin əskikliyi zamanı ağız və göz ətraflarında yaralar və çatlar əmələ gəlir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/392218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR