"Qəbələ": 24 futbolçuyla 161 günlük marafon

"Qəbələ": 24 futbolçuyla 161 günlük marafon
00:17 23 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” üçün tarixində 2-ci avrokubok mövsümü başa çatdı. Yenə Avropa Liqasında çıxış edən komanda ötən mövsümdən fərli olaraq bu dəfə nəinki mərhələ adlaya bildi, hətta qrup mərhələsinin də iştirakçısı oldu. 

Mübarizəyə turnirin I təsnifat mərhələsində, iyulun 2-də Tiflisdə “Dinamo”yla matçla başlayan Roman Qriqorçukun yetirmələri üçün avrokubok həyəcanı 161 gün davam etdi.

“Qırmızı-qaralar” bu 5 ayda, ümumilikdə, 14 oyun keçirdilər. Bunun 8-i təsnifat, 6-sı qrup mərhələsi çərçivəsində baş tutdu. “Qəbələ” 7 rəqiblə üz-üzə gəldi ki, bunun da ikisi - “Panatinaikos”la PAOK eyni ölkənin, Yunanıstanın təmsilçiləri idi. “Qəbələ” qalan 5 qarşılaşmada “Dinamo” (Tiflis, Gürcüstan), “Çukariçki” (Belqrad, Serbiya), “Apollon” (Limassol, Cənubi Kipr), “Krasnodar” (Krasnodar, Rusiya) və “Borussiya” (Dortmund, Almaniya) komandaları ilə mübarizə apardı.

Komanda 14 matçın 3-də qələbə qazandı, 5 dəfə heç-heçə etdi, 6 oyunda məğlub oldu. “Qəbələ”nin qələbə qazandığı oyunlar təsnifat mərhələsinə təsadüf etdi. Maraqlıdır ki, “Qəbələ”nin Yunanıstan təmsilçiləri ilə oyunlarının hamısında heç-heçə qeydə alındı. 
“Qəbələ” turnirdə 11 qol vurdu, 18 top buraxdı. Avropa Liqasında ən çox qol vuran futbolçu kapitan Dododu - 4. Əsas kapitan Cavid Hüseynov 3, estoniyalı Sergey Zenyov 2, ukraynalı Aleksey Antonovla Asif Məmmədov hərəyə 1 dəfə fərqləniblər. 

Qriqorçuk Avropa Liqasında 24 futbolçunun xidmətindən yararlandı ki, bunlardan da 10-u yerli, 14-ü əcnəbi futbolçulardı. Ukraynalı çalışdırıcı sərəncamında olan hər 3 qapıçının xidmətindən yararlanıb. Təsnifat mərhələsində, ev oyunlarında “quru seriya” ilə turnirin rekordçusu olan əsas qapıçı Dmitri Bezotosnı bir müddət zədəli olduğundan David Pietrzkieviçlə Andrey Popoviç oynamaq şansı qazandılar.

Komandanın 4 futbolçusu bütün 14 matçda meydanda olub. Sadəcə, dəqiqə hesabında Aleksey Qay Sergey Zenyov, Aleksey Antonov və Arif Daşdəmirovu qabaqlayır. Yeri gəlmişkən, Qay son turda əvəzlənməsəydi, bütün oyunları 90 dəqiqə keçirən yeganə futbolçu olacaqdı.

“Qırmızı-qaralar”ın turnirdə inzitam baxımından ciddi problemləri olmayıb. Belə ki, komandanın hesabında yalnız 1 qırmızı vərəqə var. Vərəqə müdafiəçi Ürfan Abbasova “Apollon”la Bakıdakı cavab oyununda göstərilib. Ən çox sarı vərəqə isə ukraynalı müdafiəçi Vitali Vernidubun passivindədi - 5.

“Qəbələ”nin Avropa Liqasında 2015/16 mövsümündə keçirdiyi oyunlar

Təsnifat mərhələsi
2-9 iyul. “Dinamo” - “Qəbələ” 2:1 (0:2)
16-23 iyul. “Çukariçki” - “Qəbələ” 1:0 (0:2)
30 iyul-7 avqust. “Apollon” - “Qəbələ” 1:1 (0:1)
20-27 avqust. “Qəbələ” - “Panatinaikos” 0:0 (2:2)

Qrup mərhələsi
17 sentyabr. Bakı. “Qəbələ” - PAOK 0:0
1 oktyabr. Krasnodar. “Krasnodar” - “Qəbələ” 2:1
22 oktyabr. Bakı. “Qəbələ” - “Borussiya” 1:3
5 noyabr. Dortmund. “Borussiya” - “Qəbələ” 4:0
26 noyabr. Saloniki. PAOK - “Qəbələ” 0:0
10 dekabr. Bakı. “Qəbələ” - “Krasnodar” 0:3

N Futbolçu Mövqeyi Oyun Dəqiqə Qol Sarı Vərəqə (Qırmızı)
1 Aleksey Qay Yarımmüdafiəçi 14 1246 0 0
2 Sergey Zenyov Hücumçu 14 1197 2 1 (0)
3 Aleksey Antonov Hücumçu 14 1144 1 2 (0)
4 Arif Daşdəmirov Müdafiəçi 14 957 0 0
5 Rikardinyo Müdafiəçi 13 1170 0 2 (0)
6 Luis Hilario Dodo Yarımmüdafiəçi 13 852 4 1 (0)
7 Dmitri Bezotosnı Qapıçı 12 1080 -11 1 (0)
8 Rəşad Sadiqov Yarımmüdafiəçi 12 793 0 1 (0)
9 Vojislav Stankoviç Müdafiəçi 11 990 0 3 (0)
10 Rafael Santos Müdafiəçi 10 900 0 3 (0)
11 Ermin Zets Hücumçu 9 369 0 0
12 Samir Zərgərov Yarımmüdafiəçi 9 369 0 0
13 Cavid Hüseynov Yarımmüdafiəçi 8 720 3 3 (0)
14 Vitali Vernidub Müdafiəçi 8 720 0 5 (0)
15 Ürfan Abbasov Müdafiəçi 6 531 0 2 (1)
16 Sezar Meza Kolli Yarımmüdafiəçi 5 384 0 1 (0)
17 Fakundo Pereyra Yarımmüdafiəçi 5 277 0 1 (0)
18 George Floresku Yarımmüdafiəçi 5 182 0 3 (0)
19 Elvin Camalov Yarımmüdafiəçi 3 21 0 1 (0)
20 Asif Məmmədov Yarımmüdafiəçi 3 11 1 0
21 Andrey Popoviç Qapıçı 1 90 -3 0
22 David Pietrzkieviç Qapıçı 1 90 -4 0
23 Vaqif Cavadov Yarımmüdafiəçi 1 17 0 0
24 Məhəmməd Mirzəbəyov Müdafiəçi 1 7 0 0

"Qəbələ İK"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Moskvada azərbaycanlı müttəhim məhkəmə zalından qaçıb

20 Sentyabr 2017 07:47

Ərdoğan: “Kürdlər bizim dostlarımızdır”

20 Sentyabr 2017 07:44

21-ci əsrdə mağarada yaşayan adam: “Həyatımdan məmnunam” - FOTOLAR

20 Sentyabr 2017 07:03

Boliviya prezidenti ABŞ rəhbərliyini bəşər üçün başlıca təhlükə adlandırıb

20 Sentyabr 2017 06:47

Xızıda 350 ədəd partlamamış hərbi sursat tapıldı

20 Sentyabr 2017 06:24

Azərbaycan üçün tarixi qərar verilə bilər

20 Sentyabr 2017 06:03

Bakıda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

20 Sentyabr 2017 05:32

Moskva bazarında qətl

20 Sentyabr 2017 05:28

Maduro Trampı "yeni Hitler" adlandırıb

20 Sentyabr 2017 05:27

Gündüz İsmayılov: "Bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar"

20 Sentyabr 2017 05:02

Bakıda orta yaşlı kişi məhkəmə binası qarşısında döyülüb

20 Sentyabr 2017 04:52

Eks sevgilisi aktyordan 1 milyon tələb edir

20 Sentyabr 2017 04:49

İlham Əliyev: "Bizim xarici siyasətlə bağlı uğurlarımız barədə danışmaq üçün çox vaxt lazımdır"

20 Sentyabr 2017 04:37

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırdı

20 Sentyabr 2017 04:33

Rusiya Hava Desant Qoşunlarının komandanı qəzaya düşdü

20 Sentyabr 2017 04:14

Ərdoğan kürdlərə çağırış etdi

20 Sentyabr 2017 03:44

Artıq Vayfaydan su altında da istifadə edə biləcəyik - FOTO

20 Sentyabr 2017 03:38

İlham Əliyev ABŞ Prezidenti və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 03:27

Sarqsyan: "Ermənistan Türkiyə ilə diplomatik münasibətləri pozmağa hazırdır"

20 Sentyabr 2017 03:22

Ərdoğan: "Azərbaycanın ərazi bütövlüyü Cənubi Qafqazda sabitliyin açarıdır"

20 Sentyabr 2017 03:12

Netanyahu BMT-də: "Azərbaycanla əməkdaşlığı genişləndirmişik"

20 Sentyabr 2017 02:59

Tovuzda 4 otaqlı ev yandı

20 Sentyabr 2017 02:38

Messi "Barselona" - "Eybar" matçında poker edib

20 Sentyabr 2017 02:37

Ərdoğan BMT-də Qarabağdan danışdı

20 Sentyabr 2017 02:24

Gəyirmənin səbəbi və qarşısını almaq üsulları

20 Sentyabr 2017 02:03

Ebru Gündeş Bakıda toyda

20 Sentyabr 2017 01:59

İlham Əliyev BMT-də nahara qatıldı

20 Sentyabr 2017 01:49

Brüssel 2020-ci il Avropa çempionatına təşkilatçılıq hüququndan məhrum edilə bilər

20 Sentyabr 2017 01:47

Kariyesin yaranma səbəbləri məlum oldu

20 Sentyabr 2017 01:45

Sitalçayda 350 ədəd partlamamış hərbi sursat aşkar edilib

20 Sentyabr 2017 01:42

Bu gün UEFA Azərbaycan üçün tarixi qərar verə bilər

20 Sentyabr 2017 01:32

Ərdoğan: "Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik"

20 Sentyabr 2017 01:28

İlham Əliyev BMT-nin baş qərargahında rəsmi dövlət naharında iştirak edib

20 Sentyabr 2017 01:22

"Rosneft" İraqdakı regional hökumətlə müqavilə imzaladı -

20 Sentyabr 2017 01:20

Rusiya hərbi təyyarələri amerikalı əsgərləri vurdu -

20 Sentyabr 2017 01:05

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb

20 Sentyabr 2017 00:52

Daha bir ölkə Ərbilin referendum qərarına qarşı çıxdı

20 Sentyabr 2017 00:49

Meksikada güclü zəlzələ: ölənlər var

20 Sentyabr 2017 00:44

Kərkükdə vəziyyət gərginləşdi -

20 Sentyabr 2017 00:30

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 00:20

İsraili yer üzündən silərik -

20 Sentyabr 2017 00:10

Astroloji proqnoz - 20 sentyabr

20 Sentyabr 2017 00:03

Rusiya nümayəndə heyəti Litva prezidentinin BMT-də çıxışı öncəsi zalı tərk edib

20 Sentyabr 2017 00:02

Bu gün Azərbaycanda Neftçilər günüdür

20 Sentyabr 2017 00:02

Meksikada 7,1 bal gücündə zəlzələ olub

19 Sentyabr 2017 23:58

Klinton yenə Trampı tənqid etdi

19 Sentyabr 2017 23:49

Meksikada güclü zəlzələ - İnsanlar küçələrə axışdı - FOTO

19 Sentyabr 2017 23:48

Bu ölkədə hicaba qadağa qoyuldu

19 Sentyabr 2017 23:38

75 ildir evli olan cütlük eyni gündə vəfat ediblər -

19 Sentyabr 2017 23:34

Daha bir ev kül oldu

19 Sentyabr 2017 23:29