​"VTB Group": ABŞ-ın yeni sanksiyaları VTB-nin müştərilərinə təsir etməyəcək

12:32 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Müştərilərimiz olan fiziki və hüquqi şəxslər ABŞ sanksiyalarından zərər görməyəcək. Bu həm də plastik kartlar sahiblərinə aiddir. Rusiya və xaricdə kartların istiadəsinə hec bir əngəl olmayacaq. Sanksiyalar xaricdən Rusiyanın dövlət banklarının maliyyələşməsinə təsir göstərəcək. Bizim müştərilərin hamısının hesabları Rusiyada yerləşdirilir və maliyyələşməni də Bank yerli mənbələr hesabına həyata keçirir", - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, ötən gün ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların siyahısı genişlənib. Bank sektoruna da tətbiq edilən sanksiyalar "Sberbank" və "VTB Group"a da şamil edilib. Sansksiyalar həmçinin "VTB Group"un törəmə qurumları "VTB Bank", "VTB24" və Bankın Azərbaycan, Qazaxıstan, Ukrayna, Gürcüstan, Ermənistandakı törəmə bankları və s. təşkilatları əhatə edir.
Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank"ın törəmə bankıdır, digər əsas səmdarı isə "AtaHolding" ASC-dir. Bank korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün Bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub. Təxminən 6 il öncə yaradılan Bank indiyədək əsasən təsisçiləri tərəfindən maliyyələşib, həmçinin AMB-dən mərkəzləşmiş qaydada maliyyə resursları cəlb edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/vtb-group-abs-in-yeni-sanksiyalari-vtb-ninmusterilerine-tesir-etmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR