​Moldova yığmasının yeni baş məşqçisi müəyyənləşib

​Moldova yığmasının yeni baş məşqçisi müəyyənləşib
14:12 23 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Futbol üzrə Moldova yığmasının yeni baş məşqçisinin adı açıqlanıb. "Report"un Moldova mətbuatına istinadən verdiyi məlumata görə, bu, Rusiya millisinin sabiq futbolçusu İqor Dobrovolskiydir.
48 yaşlı mütəxəssis bu gün Moldova Futbol Federasiyası rəsmiləri ilə görüş keçirəcək. Bu görüşdə müqavilənin bütün şərtləri müəyyənləşəcək.
Qeyd edək ki, rusiyalı mütəxəssis 2007-2009 illərində də Moldova yığmasında çalışıb. Onun rəhbərliyi altında komanda AÇ-2016-nın seçmə qrup mərhələsində 12 xal qazanıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/moldova-yigmasinin-yeni-bas-mesqcisi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR