Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən

17:23 23 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bu əlamətdar gündə Sizə uzun ömür, möhkəm cansağlığı, tükənməz enerji, bütün planlarınızın həyata keçməsini, ali dövləti fəaliyyətinizdə uğurlar, xoşbəxtlik və firavanlıq arzulayıram.
Həştərxan vilayəti ilə Azərbaycanın qarşılıqlı dostluq münasibətləri və işgüzar əməkdaşlığı sayəsində bizim regionda çox mühüm müştərək layihələr həyata keçirilir. Bu münasibətlərin uğurlu inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə, şəxsi töhfənizə görə Sizə səmimi qəlbdən minnətdaram. Əminəm ki, aramızda bərqərar olmuş konstruktiv dialoq Həştərxan vilayəti ilə Azərbaycan Respublikasının əməkdaşlığının daha da dərinləşməsinə bundan sonra da kömək edəcək.
Hörmətlə,
Aleksandr Jilkin
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_Federasiyasinin_Hesterxan_vilayetinin_qubernatoru_Aleksandr_Jilkinden-913707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR