Qarışıq döyüşlər növü üzrə ən ağır çəkili idmançı vəfat edib

17:38 23 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Qarışıq döyüşlər (MMA) növü tarixində ən ağır çəkisi olan Emanuel Yarboro 52 yaşında ABŞ-ın Riçmond şəhərində vəfat edib.
AZƏRTAC sözügedən döyüş növü üzrə “UFC” saytına istinadla xəbər verir ki, idmançının ölüm səbəbi barədə açıqlama verilməyib. Qarışıq döyüşlər növü üzrə ən ağır çəkili idmançı vəfat edib Lakin məlum olub ki, 400 kiloqram çəkisi olan amerikalının ürəyində problem var imiş. Emmanuel Yarboro hələ 2007-ci ildə ürəktutma xəstəliyindən əziyyət çəkib.
Yarboro karyerası ərzində sumo, cüdo, döyüş və Amerika futbolu ilə məşğul olmuş ən ağır çəkili kimi Ginnesin rekordlar kitabına da düşüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR