Üç bacı qəzaya düşdü, biri öldü

Üç bacı qəzaya düşdü, biri öldü
18:47 23 Dekabr 2015
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədidə 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Hüsülü kəndində, 1942-ci il təvəllüdlü Kərimov Sədrəddin Ağakişi oğlunun idarə etdiyi avtomobillə 1966-cı il təvəllüdlü Həziyev Əzim Əkbər oğlunun idarə etdiyi maşın toqquşub. Hər iki sürücü və avtomobillərdə olan 3 sərnişin Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, sərnişinlərdən Muğanlı kənd sakini, 1964-cü il təvəllüdlü Süleymanova Sevil Muxtar qızının həyatını xilas etmək mümkün olmayıb. Onun bacıları 60 yaşlı Kərimova Məlahət Muxtar qızı və 1958-ci il təvəllüdlü Məmişova Sona Muxtar qızının vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/392600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR