"Mançester Yunayted" Qvardiolaya "elçi" düşüb

"Mançester Yunayted" baş məşqçi Pep Qvardiola uğrunda mübarizəyə qoşulub. Daha öncə katalan çalışdırıcının mövsüm sonunda "Bavariya"dan ayrılacağı barədə xəbər vermişdik.

Metbuat.az "Daily Mail"ə istinadən məlumat verir ki, "Mançester Yunayted"in vitse-prezidenti Ed Vudvord hazırkı məşqçi Lui van Qalı göndərib, Pep Qvardiola ilə anlaşmaq istəyir. Yazılanlara inansaq, "qırmızı şeytanlar" Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə bu ehtimal reallaşa bilər. Qvardiola Avropanın ən nüfuzlu klub turnirində çıxış etməyən klubda çalışmaq istəmir.

"Mançester Yunayted"lə yanaşı, "Mançester Siti""Çelsi" də Pep Qvardiolanın xidmətində maraqlıdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR