Xaçmaz rayonunda müasir avadanlıqlarla təchiz olunan iki yarımstansiya istifadəyə verilib

Xaçmaz rayonunda müasir avadanlıqlarla təchiz olunan iki yarımstansiya istifadəyə verilib
15:03 24 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 24 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 24-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Xaçmaz rayonunda 35/10 kilovoltluq yeni, müasir avadanlıqlarla təchiz olunan iki yarımstansiya istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, yarımstansiyaların istifadəyə verilməsi münasibətilə Seyidlikəndyeri kəndində keçirilən mərasimdə “Azərişıq” ASC-nin və rayon icra hakimiyyətinin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Tədbirdə bildirilib ki, yarımstansiyalardan birinin rayonun Seyidlikəndyeri kəndində inşa olunması Nabran istirahət zonasında və ətraf yaşayış məntəqələrində həm əhalinin, həm də ərazidə fəaliyyət göstərən çoxsaylı turizm obyektlərinin elektrik təchizatında ciddi dönüş yaradacaq. İkinci yarımstansiya isə Xaçmaz şəhərinin Bakı prospektində qurulub. Yarımstansiya şəhər sakinlərinin etibarlı, təhlükəsiz şəkildə elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.
“Azərişıq” ASC-nin sədr müavini Vüqar Əhmədov ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlərin ölkəmizin bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaratdığını qeyd edib. Bildirilib ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xaçmaz rayonunun elektrik sisteminin yenidən qurulması istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Bu ilin əvvəlindən rayon ərazisində istismar müddəti başa çatan müxtəlif güclü 28 köhnə transformator yeni komplekt transformator məntəqələri ilə əvəzlənib. Həmin ərazilərdə 0,4 və 10 kilovoltluq şəbəkələr yenidən qurularaq, ümumilikdə 2396 yeni dəmir dayaq basdırılıb, 36 min 126 metr SİP kabel çəkilib. Şəbəkə üzrə istismar müddəti başa çatan 1242 sayğac yeni elektron tipli sayğacla əvəz edilib.
Mərasimdə çıxış edənlər regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət proqramlarının bölgələrimizdə xüsusi canlanmaya səbəb olduğunu xüsusi vurğulayıblar.
Ziyalılar və kənd ağsaqqalları əhalinin rifahının daha da yaxşılaşdırılması üçün atılan addımlara, sosial problemlərin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xachmaz_rayonunda_muasir_avadanliqlarla_techiz_olunan_iki_yarimstansiya_istifadeye_verilib-913973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR