Azərbaycanda yeni radio yayıma başladı

Azərbaycanda yeni radio yayıma başladı
15:41 24 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Artıq vətəndaşların işini asanlaşdıracaq daha bir qurum fəaliyyətə start verdi.

ANS PRESS-in məlumatına görə, “ASAN radio” 100 MHz tezliyində test yayımına başlayıb.

Radionun direktoru Emin Musəvi “ASAN radio”nun hazırda sınaq yoxlayışlarının həyata keçirildiyini bildirdi. “Bu, texniki baxımdan radionun yayımını yoxlamaq məqsədi daşıyır. Hələlik radio əsasən Bakı və Abşeron yarımadasının ərazisində yayımlanır. Yeni ildən isə gün ərzində 24 saat olmaqla yayımın genişləndirilərək bütün respublikanı əhatə etməsi planlaşdırılır”-deyə “ASAN radio”nun rəhbəri vurğuladı.





“ASAN radio” dövlət orqanları ilə vətəndaşlar arasında əlaqə yaradılmasına xidmət edən ilk ixtisaslaşdırılmış radio olacaq. Burda daha çox dinləyiciləri müxtəlif sosial sahələri əhatə edən mövzularda məlumatlandırma, maarifləndirmə prinsipləri əsas götürülüb. Həmçinin müxtəlif dövlət orqanları ilə vətəndaş arasında məlumat baxımından əlaqələndirilmə vacib məqsədlərdəndir. Radioda “ASAN Xidmət”in fəaliyyəti, yenilikləri ilə bağlı da vaxtaşırı məlmatlara yer veriləcək.


Emin Musəvi - "ASAN radio"nun direktoru


“ASAN radio”nun yaradılması ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən reallaşdırılır. Radionun yaradılmasında əsas məqsəd dövlət xidmətləri sahəsində ixtisaslaşmış radionun formalaşdırılması, daha geniş auditoriyaya çıxış əldə edərək düzgün məlumatlandırma və maarifləndirmə işini həyata keçirməkdir. Eyni zamanda dövlət strukturlarına etimadın gücləndirilməsi əsas məqsədlər sırasındadır.

Bu ilin sentyabrında Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq dövlət yayımçısı kimi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR