NİİM qış mövsümü ilə əlaqədar hazırlıq planı tərtib olunub

NİİM qış mövsümü ilə əlaqədar hazırlıq planı tərtib olunub
16:33 24 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, Elvin Camalov, AZƏRTAC
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qış mövsümü ilə əlaqədar hazırlıq planı tərtib olunub.
Bu barədə AZƏRTAC-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə bununla bağlı xüsusi işçi qrupu yaradılıb. Avtobusların texniki müayinəsi zamanı çatışmazlıq və qüsur aşkar olunarsa xüsusi komissiya tərəfindən araşdırılıb tez zamanda aradan qaldırılacaq.
Ş.Mehmanqızı onu da qeyd edib ki, ekstremal hava şəraiti ilə əlaqədar olaraq marşrut avtobuslarının normal işinin təşkili, daşınmalarda yaranan problemləri operativ həll etmək üçün məsul işçilərin növbə cədvəli tərtib olunub. Həm məsul işçilər, həm də sahibkarlar tərəfindən sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bütün sürücülər təlimatlandırılıb və onlara müəyyən tapşırıqlar verilib.
“Eyni zamanda istismarda olan avtobusların fasiləsiz hərəkətini və təhlükəsizliyini təmin etmək məqsədilə qış mövsümündə qardan təmizlənməsi nəzərdə tutulan küçə və meydanlardan keçən avtobus marşrutlarının siyahısı hazırlanıb. Siyahı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim olunub. Artıq buzlaşma yaranan yollar, təhlükəli yollar və bu yollardan keçən avtobuslar müəyyənləşdirilib. Həmin avtobuslara xüsusi nəzarət həyata keçiriləcək”,- deyə Şəfa Mehmanqızı vurğulayıb.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, NİİM yollarda təhlükəli döngələrin siyahısını tərtib edib. Qarşıdan ekstremal hava şəraitinin gəlməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayarsa NİİM bir neçə gün öncədən sürücülərə təhlükəli döngələr barədə məlumat verəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/NIIM_qis_movsumu_ile_elaqedar_hazirliq_plani_tertib_olunub-914017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR