"Arsenal" axtardığını "Porto"da tapıb

"Porto"nun dayaq yarımmüdafiəçisi Danilo Pereyra "Arsenal"ın maraq dairəsinə düşüb.


Metbuat.az "O Jogo"ya istinadən xəbər verir ki, London klubu qış "transfer pəncərəsi"ndə portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir. Zədələnən Fransis Koklenin iki ay müddətinə sıradan çıxması "Arsenal"ı bu addımı atmağa məcbur edib.

Danilo Pereyra daha öncə "Maritimo", "Roda", "Parma""Aris"də çıxış edib. Cari mövsümdə Portuqaliya çempionatında 14 matçda meydana çıxan 24 yaşlı oyunçu 2 dəfə fərqlənməyə fürsət tapıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR