Suriyadakı hərbi əməliyyatlar YUNESKO-nun Ümumdünya İrsinə daxil olan daha bir abidəyə xəsarət yetirib

Suriyadakı hərbi əməliyyatlar YUNESKO-nun Ümumdünya İrsinə daxil olan daha bir abidəyə xəsarət yetirib
10:42 25 Dekabr 2015
16 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Suriyada gedən döyüşlər zamanı YUNESKO-nun Ümumdünya İrsinə daxil olan daha bir abidə - qədim Bosra şəhəri xəsarət alıb. "Report" BMT-nin xəbərlər mərkəzinə istinadən xəbər verir ki, YUNESKO-nun baş direktoru İrina Bokova bu unikal abidənin dağıdılmasını dayandırmağa və artefaktların Bosradan çıxarılmasının qarşısının alınmasına çağırış edib.
YUNESKO-nun rəhbəri İrina Bokovanın sözlərinə görə, Roma, Bizans və Ərəb mədəniyyətinin izlərinin qaldığı Bosra özündə mədəni rəngarənglik ehtiva edir və suriyalıların özünəməxsusluğunun rəmzi sayılır.
Qeyd edək ki, hazırda şəhərin qərb hissəsindəki daxili həyəti dağıdılıb. YUNESKO-da həmçinin II əsrə aid Roma amfiteatrı və onun ətrafındakı istehkamların dağıdılmasından çəkinirlər. Bosrada eyni zamanda erkən xristianlıq dövrünə aid olan tikililərin və məscidlərin qalıqlarını da görmək olar. Bir vaxtlar Qədim Roma İmperiyasının Ərəbistan əyalətinin paytaxtı olan şəhər Məkkəyə gedən yolda karvanların dayanacağı baxımından da önəmli məkan olub.
"Hesab edirəm ki, bu, həqiqətən, mədəni təmizləmədir. Çünki bu, humanitar faciə ilə bağlıdır. Ekstremistlər iki min ildən çox müddətdə yaradılmış və bütün bəşəriyyətə məxsus olan mədəniyyət abidələrini dağıdırlar", - İ.Bokova bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR