Rusiyanın populyar müğənnisi 66 yaşlı Alla Puqaçova 39 yaşlı həyat yoldaşı Maksim Qalkin ilə evliliyinin dördüncü il dönümünü qeyd ediblər.

ANS PRESS-in məlumatına görə, Rusiyanın primadonnası və Maksim Qalkinin birgə şəkilləri artistlərin sosial şəbəkədəki fan-klub səhifələrində yayılıb.

Şəkillərdən göründüyü kimi, cütlük öpüşərək xoşbəxt olduqlarını nümayiş etdiriblər.

Xalq artistinin həyat yoldaşı ilə gözlənilməz fotoları yayıldı
Alla Puqaçovanın və Maksim Qalkinin fan klub səhifəsi


Xalq artistinin həyat yoldaşı ilə gözlənilməz fotoları yayıldı
Alla Puqaçova və Maksim Qalkin


Alla Puqaçova SSRİ Xalq artistidir. 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.

Xalq artistinin həyat yoldaşı ilə gözlənilməz fotoları yayıldı
Alla Puqaçovanın qızı Liza və oğlu Qarri

Müğənni 5 dəfə evli olub. İfaçı sonuncu dəfə Maksim Qalkinlə ailə qurub. Cütlüyün əkiz övladı - 1 qızı, 1 oğlu var.