Tokioda keçirilən seminarda Azərbaycanın iqtisadi nailiyyətlərindən bəhs edilib

Tokioda keçirilən seminarda Azərbaycanın iqtisadi nailiyyətlərindən bəhs edilib
14:48 25 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 25 dekabr, AZƏRTAC 
“Cross Border Club”un və “Kaonaga Club”un təşkilatçılığı ilə Tokionun məşhur Şibuya rayonunda Azərbaycan haqqında seminar keçirilib.
“Cross Border Club”un baş meneceri, iqtisadçı ekspert Kazuyasu İşida Azərbaycanın coğrafi mövqeyi, tarixi, iqtisadiyyatı və müasir inkişafı barədə məlumat verərək bildirib ki, ölkə rəhbərliyinin həyat keçirdiyi islahatlar nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatları Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, mövcud biznes mühitini yüksək qiymətləndirirlər.
Azərbaycanın əldə etdiyi uğurlarda Prezident İlham Əliyevin xüsusi rolunu vurğulayan K.İşida yapon iş adamları adından dövlətimizin başçısını doğum günü münasibətilə təbrik edib. O, əmin olduğunu bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza atacaq.
Azərbaycanın mühüm beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzə çevrildiyini vurğulayan iqtisadçı ekspert burada həm beynəlxalq ictimai-siyasi, həm mədəniyyət, həm də idman tədbirlərinin yüksək səviyyədə təşkilinin artıq ənənəyə çevrildiyini deyib.
K.İşida Bakıda icra olunan bir sıra böyük layihələrdən, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalından, məşhur memar Zaha Hadidin müəllifi olduğu Heydər Əliyev Mərkəzindən, Dənizkənarı Parkın genişləndirilməsi və Bakı Metropoliteninin yeni xətlərinin çəkilməsi işlərindən söz açıb.
Son illərdə Yaponiya ilə Azərbaycan arasında regionlararası əməkdaşlığın inkişafı istiqamətində uğurlu addımların atıldığını qeyd edən iqtisadçı ekspert bu siyahıya yeni şəhərlərin əlavə edilməsi məqsədilə danışıqların aparıldığını da bildirib. O, Azərbaycanda biznes imkanlarından danışarkən qeyd edib ki, son illər ölkəmizdə əlverişli biznes mühitinin yaradılması istiqamətində mühüm irəliləyişlərə nail olunub. Qanunvericilik sahəsində aparılan islahatlar, xarici sərmayədarlar üçün sadələşdirilmiş prosedurlar sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayır.
Sonda ekspert yerli iş adamlarına gələn ilin martında Azərbaycana təşkil olunacaq işgüzar səfər barədə məlumat verib, onları bu səfərdə iştirak etməyə çağırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tokioda_kechirilen_seminarda_Azerbaycanin_iqtisadi_nailiyyetlerinden_behs_edilib-914314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR