Reydlər Daxili İşlər Nazirliyinin karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun iştirakı ilə aparılıb. Reydlər məntəqələrdə yararlığı şübhə doğuran ətlərin olub-olmaması və qeyri-qanuni heyvan kəsiminin qarşısının alınması məqsədi ilə aparılıb.
Reyd zamanı murdar olmuş və aqoniya vəziyyətində kəsilmiş heyvan ətlərinin tədarük edilməsinə təsadüf edilməyib. Bu işlə məşğul olan şəbəkə əməllərinin ifşa olunmaması üçün hazırda fəaliyyətlərini dayandırıb.
"DBNX bu istiqamətdə reydlər və nəzarət tədbirlərini davam etdirəcək", - deyə məlumatda bildirilir.