Sumqayıtda iki minədək şagirdə şəxsiyyət vəsiqəsi verilib

Sumqayıtda iki minədək şagirdə şəxsiyyət vəsiqəsi verilib
16:38 25 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 25 dekabr, AZƏRTAC 
"ASAN xidmət”in təşkilatçılığı, Daxili İşlər Nazirliyinin dəstəyi ilə "Sənədsiz məktəbli qalmasın” sosial aksiyası çərçivəsində ümumtəhsil məktəblərində şəxsiyyət vəsiqələrinin verilməsi davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” Mərkəzinin direktoru Ramal Sabirli AZƏRTAC –a bildirib ki, "Sənədsiz məktəbli qalmasın” sosial aksiyası ilk dəfə olaraq Sumqayıt şəhərində başlayıb. Layıhə noyabrın 24-dən mayın 1-dək 47 məktəb üzrə 50 minə yaxın şagirdi əhatə edəcək. Aksiya çərçivəsində bu günədək Sumqayıtda 2000-ə yaxın şagirdə şəxsiyyət vəsiqəsi verilib. Layihəni uğurla həyata keçirilməsində Sumqayıt Şəhər İcra Hakimiyyəti, Şəhər Təhsil Şöbəsi, Respublika Diaqnostika Mərkəzi və Muğanbank “ASAN xidmət”ə yaxından dəstək olurlar.
Aksiyanın məqsədi şagirdlərin "ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan məktəblərdə şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.
 




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_iki_minedek_sagirde_sexsiyyet_vesiqesi_verilib-914395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR