​Qətər XİN başçısı rusiyalı həmkarı ilə görüşdə Əsədi terrorçuluğun himayədarı adlandırıb

​Qətər XİN başçısı rusiyalı həmkarı ilə görüşdə Əsədi terrorçuluğun himayədarı adlandırıb
17:52 25 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ "Terrorçuluğu Bəşşar Əsəd və onun insanlıqdan uzaq rejimi dəstəkləyir".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Qətərin xarici işlər naziri Xalid bin Məhəmməd əl-Atiyye rusiyalı həmkarı Sergey Lavrovla Moskvda keçirdiyi görüşün yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
"Suriyanın gələcəyində terrorun əsas himayədarı olan Əsədə yer olacağını düşünmürük. O, kimyəvi silah tətbiq etdikdən sonra legitimliyini itirib", - qətərli diplomat vurğulayıb.
Xalid bin Məhəmməd əl-Atiyye Suriyanın ərazi bütövüyünü müdafiə etdiklərini bildirib. O, Suriyada bütün səlahiyyətlərə sahib keçid bir hökumətin qurulmasının ölkədə sabitliyin bərpa olunması üçün vacib amillərdən biri olduğunu deyib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/qeter-xi-n-bascisi-rusiyali-hemkari-ile-gorusde-esedi-terrorculugun-himayedari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR