"Real"da məşqçilik postuna iki namizəd

"Real"da məşqçilik postuna iki namizəd
19:05 25 Dekabr 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

Rafael Benitesin işindən məmnun qalmayan "Real" rəhbərliyi artıq yeni baş məşqçi axtarışına çıxıb. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Kral klubu" bu posta iki namizəd tapıb.

İlk namizəd Fabio Kapellodu. Rusiya millisindən ayrıldıqdan sonra işsiz qalan 69 yaşlı mütəxəssisin keçidi olduqca real görünür. Lakin Kapello ilə razılıq əldə olunmasa, İtaliya yığmasının çalışdırıcısı Antonio Konteyə təklif göndəriləcək. Konte də Avropa çempionatından sonra milli karyerasını tamamlayıb, klubda işləmək fikrindədi.
 
Qeyd edək ki, Fabio Kapello 1996-97 və 2006-07-ci illərdə "Real"ı çalışdırıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR