General-leytenant Kərəm Mustafayev həbs edilib? - RƏSMİ CAVAB

General-leytenant Kərəm Mustafayev həbs edilib? - RƏSMİ CAVAB
17:57 26 Dekabr 2015
273 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyi Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, K.Mustafayevlə bağlı bəzi kütləvi informasiya vasitələrində (KİV) yayılan xəbərin heç bir əsası yoxdur.

Qeyd edək ki, artıq bir neçə gündür ki, bəzi KİV-də K.Mustafayevin həbs olunması xəbəri yayılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR