“Report” Grozny-inform saytına istinadən xəbər verir ki, ilk olaraq qələbə münasibəti ilə Zabit Səmədovu Rusiya Federasiyası Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov təbrik edib.
Gecədə ümumilikdə 10 döyüş keçirilib, onlardan 7-si MMA seriyası üzrə, 3-ü K-1 versiyası üzrə.
Gecənin əsas döyüşü K-1 üzrə keçirilib və revanş anlamı daşıyırdı. Xatırladaq ki, 2007-ci ildə К-1 üzrə Amsterdam Qran-prisində “Mauqli” ləqəbli azərbaycanlı idmançı Slovinski ilə döyüşdə üstünlük əldə edərək onu nokdauna göndərsədə sonda məğlub olmuşdu.
Bu gün keçirilən döyüşdə isə Z.Səmədov Pol Slovinskidən qələbəni qoparmağı bacardı.