Devalvasiya bank sektorunda konsolidasiyanı sürətləndirəcək-Assosiasiya

Devalvasiya bank sektorunda konsolidasiyanı sürətləndirəcək-Assosiasiya
23:09 27 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Həm Mərkəzi Bank, həm də Banklar Assosiasiyası daxilində bank sektorunun daha da konsolidasiya olunması müzakirə predmetidir

Həm Mərkəzi Bank, həm də Banklar Assosiasiyası daxilində bank sektorunun daha da konsolidasiya olunması müzakirə predmetidir.

 

Bu barədə "APA-Economics"ə Banklar Assosiasiyasından bildirilib.

 

"Bundan öncə də bank sektorunda konsolidasiya prosesi baş verib. Bəzi banklar bank olmayan kredit təşkilatlarına transformasiya olunub. Təbii ki, yeni reallıq bu proselərin daha sürətlənməsini tələb edir. Bu mənada banklar arasında belə müzakirələrin aparılması zəruridir. Bank sektorunun oyunçuları da bunu real olaraq anlayırlar. Nəticələr prosesin gedişatına bəlli olacaq", - deyə təşkilatdan bildirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR