Nardaranın yolları sökülür

10:37 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Paralel olaraq küçəboyu yeraltı kommunikasiya xətlərinin (su, qaz, kanalizasiya) çəkilişi ilə məşğul olan qurumlar da öz işlərini aparır. Sözügedn küçədə kompleks şəkildə görülən işlər gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.
Abşeron küçəsinin yenidən qurulması layihəsinə uyğun olaraq nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Abşeron küçəsi hər biri 3,5 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Piyadaların da rahatlığı nəzərə alınaraq hər iki istiqamət üzrə yolun kənarlarında 1,25 metr enində səkilər tikiləcək, 4 500 paqon metr səki daşı düzüləcək, 40 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.
Analoji işlərin qəsəbənin Nəsrulla Əsgərov küçəsində də aparılması nəzərdə tutulub. Bu küçənin uzunluğu 780 metr, ortalama eni isə 6 metrdir. Bu küçənin də genişləndirilərək 14 metrə çatdırılması planlaşdırılır. Layihəyə uyğun olaraq küçə hər biri 3 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq.
Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə yolun kənarlarında 1 metr enində səkilər tikiləcək, 1 500 paqon metr səki daşı düzüləcək, 11 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/nardaranin-yollari-sokulur-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR