"London school of Azerbaijan" ATU-da regional mərkəz açacaq (FOTO)

"London school of Azerbaijan" ATU-da regional mərkəz açacaq (FOTO)
11:18 28 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanda ingilis dilinin peşəkar səviyyədə tədrisi ilə məşğul olan "London school of Azerbaijan" gələn aydan Gəncədə Qərb bölgəsi üzrə regional mərkəzin yaradılmasına başlayacaq. Artıq bu mərkəzin Azərbaycan Texnologiya Universitetində (ATU) fəaliyyət göstərməsi ilə bağlı razılıq əldə olunub.

Trend-in məlumatına görə, bununla bağlı keçirilən görüşdə ATU-nun rektoru professor Akif Süleymanov deyib ki, günümüzdə ali təhsil ocaqlarında hazırlanan kadrların xarici dil biliklərinin yüksək səviyyədə olması onların gələcək karyerasına birbaşa təsir edir. Məhz buna görə də Təhsil Nazirliyinin pilot layihəsi olaraq ATU-da tətbiq olunan Müştəriyə Yönəlmə Proqramı (MYP) özündə gələcək mütəxəssislərin xarici dil bacarıqlarının artırılması məqsədini də ehtiva edir. Rektor qeyd edib ki, ATU-da yaradılacaq bu mərkəzin universitetin tələbə və əməkdaşları ilə yanaşı bütün bölgə insanları üçün xidmət göstərməsi daha faydalı olacaq. Professor Akif Süleymanov bildirib ki, bir neçə gün əvvəl Təhsil Nazirliyi ilə "Thomson Reuters” şirkəti arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması da ali təhsil ocaqlarında daha peşəkar və rəqabətə davamlı kadrlar hazırlamaq məqsədi daşıyır. Rektor bildirib ki, nazirlik bu addımı ilə təhsil müəssisələrini də müasir bilik və bacarıqlara sahib insan kapitalının hazırlanması siyasətinə yönləndirməyə çalışır. Bu istiqamətdə fəlaiyyətin genişləndirilməsi isə hər bir ali təhsil ocağına daha keyfiyyətli kadr hazırlamaq imkanı verəcək.

"London school of Azerbaijan" şirkətinin direktoru Nigar Məmmədova isə deyib ki, rəhbərlik etdiyi tədris mərkəzi Bakıda 5 ildən artıqdır ki, fəaliyyət göstərir. İngilis dilinin öyrədilməsini Kallan adlı yeni və unikal bir metodla həyata keçirən mərkəzin fəaliyyətinə paytaxda maraq olduqca yüksəkdir. Çünki, Kallan metodu ingilis dilini digər proqramlardan 4 dəfə daha tez və effektiv öyrənməyə imkan verir. "London school of Azerbaijan"ın əsas məqsədi ingilis dilini gələcək karyerasının bir hissəsi hesab edən və mütləq öyrənmək istəyən insanlara kömək etmək, onlara dil öyrənərkən vaxta qənaət etmək imkanı yaratmaqdır. Kallan metodu qrammatika və nəzəriyyəyə çox vaxt ayırmadan praktik şəkildə bu dili öyrənmək imkanı yaradır. Nigar Məmmədova deyib ki, bölgə insanlarının da bu tədris metodu ilə ingilis dilini öyrənməyə maraq göstərməsini nəzərə alaraq yeni mərkəzin açılması qərarına gəlinib. Regional mərkəzin məhz ATU-da yerləşməsi isə onun imknalarından bu və ya digər universitetlərin tələbə və əməkdaşlarının daha artıq yararlanmasına imkan verəcək.
Görüşün sonunda ATU ilə "London school of Azerbaijan" arasında regional mərkəzin yaradılması haqqında memorandum imzalanıb. ATU-nun rektoru professor Akif Süleymanov və "London school of Azerbaijan" şirkətinin direktoru Nigar Məmmədova tərəfindən imzalanan memoranduma əsasən hazırlıq prosesinin gələn ay ərzində yekunlaşdırılması və 2016-cı ilin fevral ayından etibarən "London school of Azerbaijan"ın ATU-dakı regional mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır.

https://www.facebook.com/atuganja/posts/1080364445308979

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2474829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR