Bakıda maraqlı bir veloyürüş təşkil edilib.
Axşam.az-ın məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyası və həvəskarlardan ibarət "Cyclemania" velosiped klubunun təşkilatçılığı ilə paytaxt küçələrində Santa-Klausların veloyürüşü keçirilib.
Dövlət Bayrağı Meydanından start götürən yürüşdə 100-ə yaxın həvəskar və peşəkar velosipedçi iştirak edib.