Lənkəranda baytarlıq reydi keçirilib

15:52 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

“Report” Dövlət Baytarlıq Nəzarəti Xidmətinə istinadən bildirir ki, Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı rayonunun Osyakücə kəndinin meşə ərazində ölmüş 3 baş heyvan cəmdəyi Masallı sakinləri (özlərini qəssab adlandırırlar) tərəfindən xüsusi maşında daşınarkən aşkar edilib.
Aşkar edilən heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, qeyri-spesifik iyə malik olduğu) məlum olub. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Laborator müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.
"Bu istiqamətdə reydlər ardıcıl olaraq bütün bölgələrdə davam etdiriləcək", - deyə Xidmətdən vildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/baytarliq-nezareti-xidmeti-lenleranda-reyd-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR