Mikayıl Cabbarovdan yeni rəhbər təyinatları

Mikayıl Cabbarovdan yeni rəhbər təyinatları
18:27 28 Dekabr 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyinat olub.

İdarədən Trend-ə verilən məlumata görə, dekabrın 28-də təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər M.Vəliyeva BŞTİ-nin müdir müavini vəzifəsində çalışıb.

Həmçinin, təhsil nazirinin digər əmrləri ilə Rəşad Tağıyev BŞTİ-nin müdir müavini vəzifəsinə, İlhamə Abdullayeva BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə, Raman Məmmədov BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR