Bakı, 28 dekabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə “SOS uşaq kəndi”ndə keçirilən rəsm və əl işlərindən ibarət müsabiqənin qalibləri mükafatlandırılıb.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, mükafatlandırma mərasimində Baş İdarənin əməkdaşları, “SOS uşaq kəndi”nin rəhbərliyi və müəllim heyəti iştirak edib.
Müsabiqənin qaliblərinə Baş İdarənin diplom və xatirə hədiyyələri təqdim olunub.
“SOS uşaq kəndi”ndə rəsm və əl işlərindən ibarət müsabiqə keçirilib
“SOS uşaq kəndi”ndə rəsm və əl işlərindən ibarət müsabiqə keçirilib