İjevskdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

07:08 29 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının Udmurtiya Respublikasının İjevsk şəhərində “Dostluq” - Udmurtiya Azərbaycan İctimai Mərkəzinin təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, ictimai mərkəzin sədri Zülfüqar Mirzəyev həmrəylik gününün yaranma tarixi və önəmi barədə məlumat verib.
İjevskdə fəaliyyət göstərən Ağsaqqallar Şurasının üzvləri və Azərbaycan diasporunun nümayəndələri çıxışlarında bildiriblər ki, həmrəylik gününün əsas qayəsi dünya azərbaycanlılarının birliyi, vətənə bağlılığı, milli mənəvi dəyərlərə və adət-ənənələrə hörmətidir.
Tədbirdə “Odlar yurdu” Udmurtiya Azərbaycanlılarının Gənclər Mərkəzinin üzvləri də iştirak ediblər.
Çıxışlardan sonra tədbir Azərbaycan tarixinə və mədəniyyətinə həsr olunmuş əyləncəli müsabiqə və viktorinalarla öz işini davam etdirib. Azərbaycan milli musiqisinin sədaları altında gənclər təşkilatı fəallarının hazırladıqları rəqslər gecəyə xoş əhval-ruhiyyə qatıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ijevskde_Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu_qeyd_olunub-915170

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR