Xüsusi nümayəndə: "İsraillə Türkiyənin anlaşmaqdan başqa yolu yoxdur"

10:02 29 Dekabr 2015
19 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" "Jerusalem post" qəzetinə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahunuun xüsusi nümayəndəsi və Xarici İşlər Nazirliyinin baş direktoru Dore Qold Türkiyə ilə ölkəsi arasında danışıqlar prosesini dəyərləndirərəkən bildirib.
Onun sözlərinə görə, müzakirə ediləcək məsələlər var: "Danışıqlar doğru istiqamətdə inkişaf edir".
Qeyd edək, 2010-cu ildə Qəzza zolağına humanitar yardım aparan Türkiyənin "Mavi mərmərə" gəmisinə İsrail hərbçilərinin hücumu nəticəsində Türkiyənin 9 vətəndaşı qətlə yetirilib. Həmin hadisədən sonra iki dövlət arasında münasibət pozulub.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR