Dövlət “Yuğ” Teatrı ilin “Sonuncu”sunu təqdim edib

11:13 29 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət “Yuğ” Teatrının səhnəsində Pərvinin pyesi əsasında hazırlanan “Sonuncu” tamaşası nümayiş olunub.
Teatrın direktoru Tərlan Rəsulov AZƏRTAC-a bildirib ki, səhnə əsəri Xalq Artisti, rejissor Ramiz Həsənoğlunun quruluşunda təqdim edilib. Tamaşanın musiqi tərtibatçısı Əlibala Qasımovdur.
Səhnə əsərində əsas rolları Əməkdar Artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Könül Cəfərzadə ifa ediblər.
Dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb.
Müəlliflər sənətkar taleyi məsələsinə müasirlik baxımından yanaşmağa çalışıblar.
Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini başa düşmüş insanın faciəsi qabardılır.
Qeyd edək ki, bu il “Yuğ” Teatrının aktyoru, Əməkdar Artist Fərhad İsrafilovun 60 yaşı tamam olub. Səhnə əsəri, həm də Fərhad İsrafilovun benefisi kimi hazırlanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR