Beynəlxalq federasiyadan ölkəmizə cəza

Beynəlxalq federasiyadan ölkəmizə cəza
11:42 29 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ağır Atletika Federasiyası növbəti cəza ilə üz-üzə qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamızın 6 idmançısının orqanizmində istifadəsi qadağan olunan dərman preparatı tapıldığı üçün Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ölkəmizə cəza tətbiq edib.

Bolqarıstan mətbuatının yazdığına əsasən, Silviya Angelova (48 kq), Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq), Elxan Əliquluzadə (77 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) A testindən keçə bilməməyi AAAF-a baha başa gəlib. Belə ki, 2014-cü ildə 18 idmançımızın dopinqdə "ilişməsi" səbəbindən 500 min dollar cərimələnən federasiyamız bu dəfə daha 200 min dollar ödəməlidir. Əks halda, yığmamızın Rio Olimpiadasında iştirakına qadağa qoyulacaq.
 
Düzdür, 6 atletimizin B testi müsbət nəticələnəcəyi halda, onların ömürlük diskvalifikasiya olunması ilə yanaşı, 4 lisenziyamız da ləğv olunacaq. Lakin gələn il Avropa çempionatında ən azı qadınlardan ibarət komandamızın Olimpiadaya 1 vəsiqə əldə edəcəyi proqnozlaşdırılır.
 
Hər halda, bütün bunları, həmçinin B testinin nə vaxt olacağını dəqiqləşdirmək istəsək də, AAAF-dan bununla bağlı cavab ala bilmədik. Daha doğrusu, telefon zənglərimiz cavabsız qaldı.
 
Qeyd edək ki, reqlamentə əsasən, 3 idmançısı dopinqə düşən KXDR, Moldova və Qazaxıstan 50 min, 4 atleti "ilişən" Rusiya isə 100 min dollar cəzalanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/393934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR