Müdafiə nazirindən 2016-cı il Qarabağın azad ediləcəyi mesajı

Müdafiə nazirindən 2016-cı il Qarabağın azad ediləcəyi mesajı
12:12 29 Dekabr 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Hərbi qulluqçularımızın xidmətləri ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilir. Ordu ilə xalqın əlaqələri daha da möhkəmlənir, xalqımız ordusuna inanır, güvənir və arxalanır.

İnanıram ki, siz bu etimadı, inamı vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğruldacaq, ölkəmizin təhlükəsizliyinin keşiyində, torpaqlarımızın müdafiəsi naminə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrlərinə hər an hazır olacaq və "Qarabağ torpağı erməni işğalçılarının ayağı altında od tutub yanacaqdır" şüarı ilə başlayacağımız yeni 2016-cı ildə xalqımızı qələbə müjdələri ilə sevindirəcəksiniz.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə ünvanladığı təbrikdə qeyd edib.

Bayram münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinin hər üzvünə ən xoş arzularını bildirən nazir qeyd edib ki, tarixə qovuşmaqda olan 2015-ci il xalqımızın və dövlətimizin, eləcə də Silahlı Qüvvələrimizin həyatında əlamətdar hadisələrlə zəngin olub:

"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dünya azərbaycanlılarına müraciətində qeyd etdiyi kimi, hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanıb, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında ordumuzun maddi-texniki təchizatı gündən-günə güclənərək ən yüksək səviyyəyə qalxmış, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həllini tapıb, müasir silah və texnikaların alınması, yüksək ixtisaslı peşəkar kadrların hazırlanması işi uğurla davam etdirilib.

İl ərzində 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi isə daimi mənzillə təmin olunub. Tam şəkildə komplektləşdirilmiş 10 hərbi şəhərcik, yeni təlim poliqonları, inzibati binalar istifadəyə verilib. Bütün hərbi hissələrdə ən müasir tələblərə cavab verəcək yenidənqurma işləri daim davam etdirilir.

Komanda-qərargah hərbi oyunları, irimiqyaslı təlimlər, ordumuzun güc və qüdrətini bir daha dünyaya nümayiş etdirməklə yanaşı, istər xidmətdə olan, istərsə də ehtiyatdan cəlb edilənlərin döyüş təcrübəsi qazanmasında mühüm rol oynayıb".

Z.Həsənov bildirib ki, şəxsi heyətin böyük ruh yüksəkliyi, vətənpərvərlik hissi, döyüş və mənəvi-psixoloji hazırlığı imkan verir ki, Azərbaycan ordusu Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli və əbədi torpaqlarımızı azad etsin, Respublikamızın ərazi bütövlüyü təmin olunsun:  

"Azərbaycan-Ermənistan sərhədində hər gün atəşkəs rejimi pozulur. Mövqelərimiz intensiv olaraq atəşə tutulur, lakin Azərbaycan əsgəri vətənin keşiyində ayıq-sayıq və mərdliklə dayanır. Düşmən layiqli cavab atəşləri ilə susdurulur, işğalçının planlaşdırdığı təxribatlar öncədən aşkarlanır, qabaqlayıcı tədbirlər nəticəsində düşmən canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkilərə məruz qalır. Döyüşlərdə şəhid olanların qisası birə-on qat alınır və bundan sonra da alınacaqdır".

Müdafiə naziri bayramlar ərəfəsində şəhidlərimizin xatirəsini bir daha hörmət və ehtiramla yad etdiyini, onların valideynlərini, ailə üzvlərini, vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, müharibə və Silahlı Qüvvələr veteranlarını, eyni zamanda, hazırda düşmənlə təmas xəttində, döyüş növbəsində, qarovul xidmətində, xarici dövlətlərdə sülhməramlı qüvvələrin tərkibində xidmət edən şəxsi heyəti ürəkdən təbrik edib, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətdə uğurlar arzuladığını vurğulayıb:

"Arzu edirəm ki, 2016-cı il Qarabağın işğaldan azad ediləcəyi və qələbə ili kimi tarixə düşsün!

Hərbi anda sədaqətə, çətin, şərəfli hərbi xidmətdə fədakarlığa və böyük qələbəmizə inama görə hər birinizə minnətdarlığımı bildirirəm.

Bayramlarınız mübarək, Azərbaycan əsgəri!"

İlkin İzzət
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçiriləcək

24 Sentyabr 2017 07:12

Meksikanın Oahaka ştatında fövqəladə vəziyyət elan edilib

24 Sentyabr 2017 06:52

Nazir Trampı psixi xəstə adlandırdı

24 Sentyabr 2017 06:43

Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə əlaqədar bəyanat yaydı

24 Sentyabr 2017 06:38

Yerevanda baş vermiş atışmada iştirak edənlərdən biri həbs edilib

24 Sentyabr 2017 06:17

Zəlzələ Meksikada 305 can aldı

24 Sentyabr 2017 06:09

Tramp İranı ittiham etdi

24 Sentyabr 2017 05:59

Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürülüb

24 Sentyabr 2017 05:42

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

24 Sentyabr 2017 05:14

Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat tapıldı

24 Sentyabr 2017 05:04

13 yaşlı lənkəranlı atlet Avropa birinciliyində bürünc qazandı

24 Sentyabr 2017 04:58

Lütfi Zadənin nəşi sentyabrın 26-da Los-Ancelesdən Bakıya yola salınacaq

24 Sentyabr 2017 04:57

Helikopterimiz meşə yanğınını söndürməyə çalışacaq

24 Sentyabr 2017 04:54

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

24 Sentyabr 2017 04:37

Şəkidə “Avropa şəhərciyi” - FOTOLAR

24 Sentyabr 2017 03:53

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

24 Sentyabr 2017 03:47

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57