Aleksandr Novak: Rusiya “Türk axını” layihəsi ilə bağlı danışıqları davam etdirməyə hazırdır

Aleksandr Novak: Rusiya “Türk axını” layihəsi ilə bağlı danışıqları davam etdirməyə hazırdır
12:48 29 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın energetika naziri Aleksandr Novak “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi ilə bağlı danışıqları davam etdirməyə hazır olduqlarını deyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, A.Novak “Türk axını” ilə əlaqədar danışıqlarda yay aylarından bu vaxtadək hər hansı bir irəliləyişin olmadığını da bildirib. “Lakin əgər layihəyə maraq varsa Rusiya tərəfi danışıqları davam etdirməyə hazırdır”, – deyə nazir qeyd edib.
Rusiyanın Türkiyəyə təbii qaz ixracının da arta biləcəyini bildirən A.Novak deyib: “Bunu reallaşdırmaq üçün Rusiyanın qazı və infrastrukturu var, Türkiyəyə zəmanətli təbii qaz tədarükünü artırmağa hazırıq”.
Xatırladaq ki, Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk axını” layihəsi bağlı Türkiyə ilə danışıqların dayandırıldığını demişdi. “Qazprom” “Türk axını” kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına da qərar vermişdi.
“Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulurdu.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aleksandr_Novak_Rusiya_Turk_axini_layihesi_ile_bagli_danisiqlari_davam_etdirmeye_hazirdir-915226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR