Adil Məhərrəmov Hesablama Palatasının sədr müavini vəzifəsinə yenidən təsdiq edildi

13:13 29 Dekabr 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov və auditorlar yenidən bu vəzifəyə təyin edilib.

Trend-in məlumatına görə, bu barədə qərar Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul edilib.

Belə ki, iclasda Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə A.Məhərrəmovun sədr müavini, Cəfər Həsənovun, Firsənd Qurbanovun və Vaqif Həsənovun yenidən Hesablama Palatasının auditoru vəzifəsinə təyin olunması ilə təkli irəli sürüb.

Təklif səsə qoyularaq, qəbul olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR