"Qızıl Pəri" mükafatları təqdim olunub

14:47 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Kinoaktyorlar Gildiyası və Produserlər Gildiyasının dəstəyi ilə təsis edilən mükafat dünya kinosunun 120 illik yubileyi münasibəti ilə təqdim edilib.
Qeyd edək ki, peşə mükafatının təsis edilməsində məqsəd audiovizual sahənin (kino və tv) inkişafına kömək, milli-mənəvi dəyərlərin qorunub saxlanması və bu sahədə çalışan peşəkarları - müəllifləri, ifaçıları və produserləri həvəsləndirməkdir.
Müsabiqənin neçə ildən bir keçirilməsi və nominasiyaların sayı Azərbaycanda istehsal olunan audiovizual əsərlərin müsabiqə üçün alternativliyini və rəqabətliyini təmin edən dərəcədə olmasından asılı olaraq müəyyənləşdirilib.
“Qızıl Pəri” mükafatının Münsiflər Heyəti sorğu-anketləri vasitəsi ilə gizli səsvermə ilə qalibləri seçib.
"Ən yaxşı bədii film" - "Nabat", rejissor Elçin Musaoğlu
"Ən yaxşı rejissor işi" -  Elxan Cəfərov, "Dolu" filminə görə
 "Ən yaxşı prodüser" - Müşfiq Hətəmov, "Nabat" filminə görə
 "Ən yaxşı orijinal ssenari" - Yavər Rzayev, "İlahi məxluq" filminə görə
 "Ən yaxşı operator işi" - Nadir Mehdiyev, "Dolu" filminə görə
 "Ən yaxşı rəssam işi" - Rafis İsmayılov, "Sübhün səfiri" filminə görə
 "Ən yaxşı orijinal musiqi" - Cavanşir Quliyev - "Sübhin səfiri" filminə görə
 "Ən yaxşı qadın rolunun ifası" - Gülzar Qurbanova, "Yarımçıq xatirələr" filmində
 "Ən yaxşı kişi rolunun ifası" - Fuad Poladov, "Aktrisa" filminə görə və Namiq Ağayev – "Axınla aşağı" filmindəki roluna görə
 "Ən yaxşı tammetrajlı debüt filmi" - "Axınla aşağı", rejissor Asif Rüstəmov
 "Ən yaxşı qısametrajlı bədii filmi" - "Zabit şərəfi", rejissor Vüqar İslamzadə
 "Ən yaxşı sənədli filmi" - "Əriyən ada", rejissor Fariz Əhmədov
 "Ən yaxşı rejissor işi (sənədli filmdə)" - Nizami Abbas, "Balaban" filminə görə
 "Ən yaxşı cizgi filmi" - "Köhnə saat", rejissor Cavid Əhədov
 "Ən yaxşı TV filmi" - "Unudulmuş qəhrəman", rejissor Tahir Əliyev - "EL" TV
 "Ən yaxşı TV serial" - "Pərvanələrin rəqsi", rejissor Rövşən İsax - ATV
 "Ən yaxşı debüt" - "Usta Yusifin kamançası", rejissor rejissor Ruslan Hüseynov
Kinorejissorlar Gildiyasının İdarə Heyətinin qərarı ilə "Milli kinonun inkişafına verdiyi töhfələrə görə" - Zaur Məhərrəmov
 "Milli televiziyanın inkişafında verdiyi töhfələrə görə" – Ramiz Həsənoğlu - AzTV
Münsiflər heyətinin qərarı ilə "Ən yaxşı prodüser" nominasiyasının səs verməsində ikinciyeri tutan "Buqələmun" filminin prodüseri, "Adara Films" Kinoşirkətinin direktoru produser İradə Bağırzadə müstəqil kinonun inkişafında fəaliyyətinə görə xüsusi diploma layiq görülür.
"Ən yaxşı televiziya filmi" nominasiyasının səs verməsində ikinci yeri tutan Gəncənin "Kəpəz televiziyasının "Difai" TV filmi, tarixin qaranlıq məqamlarının aşkarlanmasına görə xüsusi diploma layiq görülüb.
Xatırladaq ki, "Qızıl Pəri" mükafatının ilk müsabiqəsi 2010-2015-ci illərin istehsalı olan ekran əsərləri üzrə keçirilir. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/qizil-peri-mukafatlari-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR