Gürcüstanın Bolnisi şəhərindəki “Borçalı İrəli” İctimai Birliyinin İdarə Heyətinin sədri Məhəbbət İmanovdan

14:53 29 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident,
Sizi doğum gününüz münasibətilə ailəm adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoş günlər, ailə səadəti və suveren Azərbaycanın firavanlığı naminə yeni zəfərlər diləyirəm.
Hörmətli cənab Prezident, bu gün Gürcüstan və Azərbaycan dövlətlərinin regionda dostluğu və strateji tərəfdaşlığı biz Gürcüstan azərbaycanlılarını, eyni zamanda, gürcü ictimaiyyətini də hədsiz dərəcədə sevindirir. Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin banisi olduğu müasir Azərbaycan Respublikasının qüdrətlənməsi və çiçəklənməsi, dünyada söz sahibinə çevrilməsi, xalqımızın firavan və xoşbəxt həyat sürməsi istiqamətində mühüm işlər görürsünüz. Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası bir çox ilklərin müəllifidir. Biz Gürcüstanda yaşayan azərbaycanlılar fəxr edirik ki, Heydər Əliyev kimi ümummilli liderimiz, Sizin kimi dünya şöhrətli siyasi xadimimiz var.
Çox hörmətli Prezident, bir daha Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ulu Tanrı Sizi, ailənizi və Odlar Yurdu Azərbaycanı qorusun.
Dərin hörmət və ehtiramla,
 
Məhəbbət İmanov
Gürcüstanın Bolnisi şəhərindəki “Borçalı İrəli”
İctimai Birliyinin İdarə Heyətinin sədri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustanin_Bolnisi_seherindeki_Borchali_Ireli_Ictimai_Birliyinin_Idare_Heyetinin_sedri_Mehebbet_Imanovdan-915283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR