Teatrın direktoru “Rossotrudniçestvo”nun Fəxri fərmanı ilə təltif edilib

Teatrın direktoru “Rossotrudniçestvo”nun Fəxri fərmanı ilə təltif edilib
16:18 29 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev “Rossotrudniçestvo” Agentliyinin Fəxri fərmanı ilə təltif edilib.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Rossotrudniçestvo”nun müvafiq sənədində yazılıb: “Bakı şəhərində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin tədbirlərində fəal iştirakına və Azərbaycan Dövlət Rus Dram Teatrının yaradılmasının 95 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Hacıyev Ədalət Qasım oğlu Fəxri fərmanla təltif edilir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR