Vaqif Cavadovun yeni iş yeri müəyyənləşdi

Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov "Sumqayıt"la anlaşıb. Bu barədə report.az-a klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.

O bildirib ki, 26 yaşlı yarımmüdafiəçi ilə ilkin razılıq əldə olunub. Son dəqiqəyə qədər hansısa problem çıxmasa, tərəflər arasında 6 aylıq müqavilə imzalanacaq.

Qeyd edək ki, Vaqif Cavadovun sonuncu klubu "Qəbələ" olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR