El TV-nin filmi seçildi

El TV-nin filmi seçildi
17:37 29 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Xəzər Universitetinin konsert zalında dünya kinosunun 120-ci ildönümünə təsadüf edən tədbir təşkil olunub. Tədbirdə təqdim olunan 187 əsər üzrə seçimlərin nəticəsi bəlli olub. Mərasimdə milli mənəvi dəyərlərin qorunub saxlanmasında səy göstərən müəlliflər, ifaçılar və prodüserlər mülafatlandırılıblar. Bu məqsədlə təsis edilən "Qızıl Pəri" mükafatı sahiblərinə təqdim olunub. Müsabiqənin nəticələrinə görə, ən yaxşı prodüser mükafatı "Nabat" filminə görə Müşviq Hətəmova, "ən yaxşı qısametrajlı bədii film" mükafatı "Zabit şərəfi" filminə görə rejissor Vüqar İslamzadəyə, sənədli filmdə "ən yaxşı rejissor işi" mükafatı "Əriyən ada" filminə görə Fariz Əhmədova, "ən yaxşı televiziya filmi" mükafatı isə EL televiziyasının istehsalı olan "Unudulmuş partizan" filminə görə rejissor Tahir Əliyevə və digər müəlliflərə təqdim edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR