“Tekfen Holding” şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Murat Gigindən

18:08 29 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab İlham Əliyev,
“Tekfen Holding A.Ş.”-nin adından və şəxsən öz adımdan doğum gününüzü səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost və qardaş Azərbaycan xalqının tərəqqisi və rifahı naminə yeni zəfərlər arzulayıram.
Azərbaycan Respublikasının iqtisadiyyatda qazandığı mühüm uğurlar, sosial sahədə ciddi dəyişikliklər, bizə yaxın olan Azərbaycanın bu günü və gələcəyi naminə genişmiqyaslı layihələrin və islahatların həyata keçirilməsi Sizin rəhbərliyiniz ilə görülən quruculuq işlərinin nəticəsidir.
2015-ci ildə tarixi nailiyyət olan birinci Avropa Oyunları və 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları bütün dünyaya Azərbaycanın sürətlə inkişaf etdiyini sübut edir.
Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri, ən səmimi təbrik və diləklərimi təkrar izhar edirəm.
Hörmətlə,
Murat Gigin
“Tekfen Holding” şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tekfen_Holding_sirketinin_Idare_Heyetinin_sedri_ve_icrachi_direktoru_Murat_Giginden-915369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR