Azərbaycan Prezidenti Zirə Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Prezidenti Zirə Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
13:22 30 Dekabr 2015
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Bakının Xəzər rayonunda Zirə Mədəniyyət Mərkəzinin açılışı olub.
"Report" xəbər verir ki, dekabrın 30-da açılışda Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış olub.
Sonra Prezident İlham Əliyev Xəzər rayonu və Zirə qəsəbəsi ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev elektromobillə Mərkəzin ərazisini gəzib.
Dövlət başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Mərkəzin ərazisində ağac əkiblər.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycan-prezidenti-zire-medeniyyet-merkezinin-acilisinda-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR