Bakının iki küçəsinin kəsişməsindəki işıqforun istiqamətlərində dəyişiklik edilib

Bakının iki küçəsinin kəsişməsindəki işıqforun istiqamətlərində dəyişiklik edilib
15:13 30 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC 
Bakının Rüstəm Rüstəmov küçəsi ilə Məmmədəli Şərifli küçəsinin kəsişməsində (“Star İdman Kompleksi”nin qarşısı) nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən işıqforun istiqamətlərində dəyişiklik edilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qurumun mütəxəssislərinin hazırladığı təklifə əsasən, paytaxtın R.Rüstəmov küçəsi ilə M.Şərifli küçəsinin kəsişməsindəki işıqforda R.Rüstəmov küçəsindən M.Şərifli küçəsi istiqamətində daimi sağa dönmənin təşkil edilməsi icra olunub.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR