Bakı. Maksim Tsurkov - Trend:
Yanvarın 12-də Bakıda İran dəmir yolları və limanlarının rəhbərliyinin və "Şimal-Cənub" layihəsi çərçivəsində Xəzərdə daşımalar həyata keçirən ekspeditor şirkətlərinin nümayəndələrinin iştirakı ilə müşavirə keçiriləcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C.Qurbanov qeyd edib ki, görüşün məqsədi İran yüklərinin Rusiyaya və Avropaya daşınmasını təmin etmək, bu istiqamətdə işi yeniləməkdir.
Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycan və İran iki ölkənin sərhədindəki Astaraçay üzərindən dəmir yolu körpüsünün tikintisi ilə məşğul olacaq.
Bizi Twitter-dən izləyin: @trend_az