Bakı, 30 dekabr, Nihad Budaqov, AZƏRTAC
Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın əmtəə üzrə direktoru Jeffrey Kurrie 2016-cı ildə neftin qiymətinin 20 dollara qədər ucuzlaşması riskinin olduğu qənaətindədir.
AZƏRTAC xəbər verir ki, J.Kurrie neft bazarında təklif çoxluğunun 2016-cı ildə də davam edəcəyini deyib: “Əgər belə davam edərsə neftin qiymətinin 20 dollaradək ucuzlaşması riski var və bu da istehsal sahələrinin bağlanmasına gətirib çıxaracaq”.
Bəzi analitiklər isə neftin barrel qiymətinin hətta 15 dollaradək ucuzlaşacağını düşünürlər.