Bakıda səfirlik maşını qəzaya düşdü

Bakıda səfirlik maşını qəzaya düşdü
20:37 30 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda səfirlik avtomobili qəzaya düşüb. Lent.az-ın məlumatına görə, H.Z.Tağıyev küçəsində Braziliya səfirliyinə məxsus olan "Toyota" markalı D 053 01 nömrə nişanlı minik avtomobili ilə Ədalət Feyziyevin sürdüyü "Mercedes" toqquşub. Nəticədə hər iki avtomobilə yüngül ziyan dəyib, xəsarət alan olmayıb.
 
Qəzaya düşən "Toyota" Braziliyanın Azərbaycandakı səfirinin xidməti maşını olub və hadisə vaxtı maşını səfirin sürücüsü Əliquliyev Fuad Əfəndi oğlu idarə edirmiş.
 
Araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/394395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR