"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Atatürk və Sabiha Gökçen hava limanlarından planlaşdırılan bəzi səfərlər ləğv edilib.
"Türk Hava Yolları"nın (THY) rəsmi səhifəsində edilən açıqlamaya görə, iki hava limanında, bu gün və sabah, güclü qar səbəbindən hava limanlarının yüklənməsini azaltmaq üçün 200-dən çox daxili və xarici reyslər təxirə salınıb.
Xatırladaq ki, İstanbulda dünəndən güclü qar yağır.