Döyüldüyü deyilən diaspor sədri danışdı (FOTO)

Döyüldüyü deyilən diaspor sədri danışdı (FOTO)
17:26 31 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

"Döyülməyim haqda deyilənlər yalandır". Özbəkistanda döyüldüyü iddia edilən Azərbaycanın diaspor sədri ANS PRESS-ə açıqlama verib.

Mobil Məmmədov deyib ki, bu xəbərlər tamamilə əsassızdır və onun biznes fəaliyyəti, birbaşa diaspor təşkilatını düşünülmüş şəkildə qaralamaq məqsədi daşıyır. "Həmin xəbərlərdə yayımlanan şəkillər 2014-cü ilin 29 mart tarixində keçirilən hesabat – seçki konfransındakı idarə heyətinin iclasındandır. Xəbərlərdə eyni zamanda azərbaycanlıların yuyat (ölü yuyulan yer) olaraq istifadə etdiyi yerin tərəfimdən “ələ keçirildiyi” yönündə çox gülünc iddia dərc olunub".

Diaspor sədri deyib ki, həmin otaq uzun illər təmir olunmadığı üçün yararsız hala və qəza vəziyyətinə düşdüyü üçün 2014-cü ildə diaspor üzvləri həmin otağın yenidən qurulması xahişi ilə şəhər hakimiyətinə müraciət edib. Bundan sonra rəsmi icazə verilib. Onun sözlərinə görə, bəhs olunan otaq sökülüb, yenidən inşa edilir və bu prosses tezliklə yekunlaşacaq.


Mobil Məmmədov - diaspor sədri

"İnşaat diaspor üzvlərinin maddi köməyi hesabına aparılır. Mənim adımı qaralama məqsədilə yazılan məqələdə deyilir ki, güya səfirliyin keçmiş işçisi Nəsimi Ağababyevlə mənim biznes əlaqəm olub. Bu da yalandır. Mənim Nəsimi Ağababayev ilə heç bir biznes və ya başqa işim olmayıb. Ola bilsin ki, ondan səfirlik işçilərinin narazıçılıqları ola bilsin ki olub, işini layiqincə yerinə yetirmədiyinə görə Xarici İşlər Nazirliyi tərəfindən azad edilib. Bunlarla mənim heç bir əlaqəm yoxdur".

Mətbuatda yayılan xəbərlərdə M.Məmmədovun aldığı xəsarətlərə görə, 16 saylı şəhər xəstəxanasına yerləşdirildiyi bildirilirdi. Məlumata görə, Mobil Məmmədovun döyülməsi onun biznes əlaqələri ilə bağlı olub: şəriklik etdiyi adamların pulunu mənimsədiyindən cəzalandırılıb. Hətta Azərbaycanlıların sıx yaşadığı məhəllədəki mərasim binasını (adətən yerli azərbaycanlılar öz ölülərini burada yuyurmuşlar) ələ keçirib.

Onun adı həm də bu ilin yay ayında Daşkənddəki səfirimizin müşaviri Nəsimi Ağababayevlə əlbir olaraq, Azərbaycanın Özbəkistandakı səfirinə qarşı təxribat etməkdə də hallanıb.Nəsimi Ağababayev həmin əməllərinə görə Xarici İşlər Nazirliyi sistemindən uzaqlaşdırılıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR